
“Millət İttifaqı”nın Prezidentliyə namizədi Kamal Kılıçdaroğlu özünün “Twitter” səhifəsində yeni bir mövzunu gündəmə gətirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müxalifətin ortaq namizədi özünün “dark web” üzərindən hədəfə alınacağını iddia edib.
Onun fikirlərinə görə, bu strategiya üzərindən müxalifətin ortaq namizədi saxt görüntü və səs qeydi ilə hədəfə alınacaq.
“Millət İttifaqı”nın Prezidentliyə namizədi Kayseri şəhərindəki seçki mitinqində “Seçkilərə 10 gün qala pis işlər dönəcək”, – deyə iddia etmişdi.
Müxalif başçının 1 may axşam günü “Twitter” üzərindən Prezidentin Rabitə Başçısı Fəxrəddin Altuna “Kembbric Analitikaçılıq oynama” xəbərdarlığını etməsi, siyasətdə “seçki prosesinə kiber müdaxilə” çəkişmələrini başladıb.
CHP başçısı uzun müddətdir ki, iqtidarın “qütbləşdirici” dilini qınayarkən, “seçkiləri manipulyasiya etmək üçün əllərindən gələn hər şeyi etdiklərini” iddia edir.
Tərcümə: Arzu