Kimsə nə olduğunu anlaya bilmədi – Qəribə heyvan doğuldu, insanlar… / FOTO

  • By arzu
  • 24 Aprel 2023 09:55

Kubada yerli xalq mutasiya ilə doğulan donuzun həyatda qalması üçün dua edir. Onu bir görən adam bir də baxır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Quantanamo bölgəsində bir donuz çütcüsü ola Mariolis Herreranın sosial media hesabından paylaşdığı yeni doğulmuş bir donuza aid görüntülər yerli xalqı hərəkətə keçirib.

HTML tutorial

Sosial mediada gündəm yaradan görüntülərdən sonra yerli xalq donuzu görə bilmək üçün cütcünün əkin ərazisinə axın edib. Onun həyatda qala bilməsi üçün toplu şəkildə dua etməyə başlayıblar.

Donuzun fiziki görünüşü, ağzı, burnu və sifəti insanların ağlını çaşdırır. Nəyə bənzədiyi tam bilinməyən bu heyvanı görmək üçün yerli camaat sanki bir yarışa girib.

Heyvanın sahibi Herrera donuzun nəfəs almaqda çətinlik çəkdiyini söyləyərək “Uzun müddət yaşayacağını sanmıram”, deyib.

“Olduqca seyrək görülən bir durumdur. Yermək yeyərkən nəfəs yolundan təhlükə yaşayır. Nəfəs almağın onun üçün çox çətin olduğunun fərqindəyəm”, – deyə H. Mariolis açıqlayıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info