
“Vaşinqton Rəfah şəhərində hərbi əməliyyata başlasa, İsrailə hücum silahları verməyi dayandıracaq”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, ABŞ mülki əhalinin ölümünə səbəb olduğu üçün 2000 funt-sterlinqlik bombaların tədarükünü dayandırıb.
Bayden bildirib ki, ABŞ İsrailə müdafiə silahları, o cümlədən “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi üçün raketlər tədarük etməyə davam edəcək, lakin İsrail Rəfaha genişmiqyaslı işğala başlayarsa, digər silah təchizatı da dayandırılacaq:
“Biz İsrailin təhlükəsizliyini təmin etməkdən əl çəkmirik. Lakin biz onun Rəfahda müharibə aparmağını dəstəkləmirik”, – deyə o, bildirib.
Qeyd edək ki, mayın 7-də baş nazir Benyamin Netanyahunun ofisi, HƏMAS-ın Misir və Qətərin atəşkəs təklifini qəbul etməsinə baxmayaraq, ordunun Qəzza zolağının cənubundakı Rəfahdakı əməliyyatını davam etdirəcəyini bildirib.
Şəbnəm
Gununsesi.info