
Azərbaycan Dəmir Yolları (ADY) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə inzibati binada qanvermə aksiyası təşkil edib.
Gununsesi.info bu barədə xəbər verir ki, Mərkəzi Qan Bankı ilə birgə keçirilən aksiyada ADY-nin müxtəlif xidmət sahələrindən onlarla əməkdaş fəal iştirak edib.
Bildirilib ki, qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya kimi qan azlığı xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaqdır.



