
Nigerdə 26 iyul çevrilişindən sonra vəzifəsindən uzaqlaşdırılan və ev dustaqlığında tutulan Məhəmməd Bazumun qaçmağa cəhd etdiyi bildirilib.
Gununsesi.info xəbər verir ki, milli televiziyada oxunan Prezident Adminstarsiyasının açıqlamasında Bazum və ailəsinin paytaxt Niameydən Nigeriyaya qaçmağa cəhd etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Bazum və ailəsi 2023-cü il oktyabrın 19-na keçən gecə xarici ölkənin köməyi ilə Niameydən vertolyotla Nigeriyaya keçməyi planlaşdırıblar, lakin buna nail ola bilməyiblər.
Açıqlamada hadisə ilə bağlı istintaq açıldığı bildirilsə də, Bazumun hazırda harada olduğu barədə ətraflı məlumat verilməyib.
Nigerdə prezident Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının elementləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər.
Prezident Mühafizə Alayının komandiri general Abdurrahmane Tchiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (MNŞ) adlanan xuntaya rəhbərliyi öz üzərinə götürüb və keçid hökumətinin başçısı olub.