BMT: “Fələstin dövləti qurulmadan heç bir həll yolu mümkün deyil”

quttereş

“Beynəlxalq qərarlar və iki tərəf arasında əldə olunan razılaşmalara uyğun olaraq, İsraillə çiyin-çiyinə, qarşılıqlı təhlükəsizlik zəmanəti altında müstəqil Fələstin dövləti qurulmadan heç bir həll yolu mümkün deyil”.

Gununsesi.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qahirədə keçirilən mətbuat konfransında Misirin xarici işlər naziri Samih Şükri ilə danışıb.

Çıxışına səmimi qəbulu və həyati fəaliyyətinə görə nazir Şükriyə təşəkkür etməklə başlayan Quterreş, bu böhranda humanitar missiya ilə Yaxın Şərqdə olduğunu söyləyib.

Quterreş böhranın HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi və çox sayda israillinin yaralanması və ölməsi və mülki vətəndaşın qaçırılması ilə nəticələndiyini bildirib.

Bu vəziyyətin İsrailin Qəzzanı tam mühasirəyə almasına və dinc əhaliyə qarşı amansız bombardmanlara səbəb olduğunu bildirən Quterreş həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu vurğulayıb.

“Bir daha təsdiq etmək istərdim ki, beynəlxalq humanitar hüquqa hörmət edilməlidir. Mülki şəxslərin müdafiəsi də bir öhdəlikdir. Xəstəxanaya, məktəbə və ya BMT obyektinə hər hansı hücum qadağandır və beynəlxalq hüquqa ziddir”, – deyə o bildirib.

Quttereş təcili humanitar fəaliyyətə çağırıb:

“Bu humanitar fəlakət qarşısında mən iki təcili humanitar aksiyaya çağırıram: HƏMAS dərhal və qeyd-şərtsiz girovları azad etsin və İsrail Qəzza xalqının ən əsas ehtiyaclarını ödəmək üçün dərhal humanitar yardıma icazə versin. Açıq şəkildə deyirəm ki, Fələstin xalqının 56 illik işğaldan sonra haqlı və dərin şikayətləri var”.

Heç bir hərəkətin terrora haqq qazandıra bilməyəcəyini bildirən Quterreş, HƏMAS-ın İsrailə hücumlarının Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməyəcəyini vurğulayıb.

Hər iki tərəfi atəşkəs çağırışı edən Quterreş Qəzza xalqının təxminən iki həftədir qida, su və dərman kimi əsas ehtiyaclarına çıxışının olmadığını xatırladıb.

Quterreş əsas ehtiyacların olmaması səbəbindən bölgədə xəstəliklərin yayıldığını vurğulayıb. “İnsanlar ölür. Bu görüntülər məni dəhşətə gətirdi və Qəzzada mülki vətəndaşların əsas xidmət və ləvazimatlara ehtiyacı var. Bunun üçün sürətli və maneəsiz humanitar yardıma ehtiyacımız var”, – deyə baş katib əlavə edib.

Quttereş Qəzza xalqına yardımın çatdırılmasının daimi səy tələb etdiyini deyib. “Sadə dillə desək, bu, rəsmilərin yardımı daxil edib təhlükəsiz şəkildə paylaya bilməsi deməkdir”, – deyə o bildirib.

Baş katib bölgəyə yardım çatdırmaq üçün hazırlıqları izləmək üçün Misirə gəldiyini bildirib. “Bu həyat qurtaran səydə El-Ariş Beynəlxalq Hava Limanı və Rəfah Sərhəd Qapısı təkcə kritik əhəmiyyət kəsb etmir, həm də yeganə ümidimizdir”, – o deyib.

Quttereş bölgədə qalıcı həllə ehtiyac olduğunu dilə gətirib: “İki tərəf arasında əldə olunan beynəlxalq qərarlar və razılaşmalar istiqamətində, İsraillə yan-yana, qarşılıqlı təhlükəsizlik zəmanəti altında müstəqil Fələstin dövləti qurulmadan heç bir həll yolu mümkün deyil”.

Səid Əhmədli
Gununsesi.info