Livandan müharibə xəbərdarlığı: “Ağrılı nəticələri olacaq”

Livanın Baş naziri Nəcib Mikati ölkəsini regional müharibəyə sürükləmək cəhdlərinin həm özü, həm də qonşu ölkələr üçün ağır nəticələrə səbəb ola biləcəyi təhlükəsi barədə xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, Livanın Nazirlər Kabinetinin yaydığı açıqlamaya görə, Livanın baş naziri Mikati Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə telefonla danışıb.

Danışıqda Fələstin torpaqları və Qəzzada baş verən hadisələr, xüsusilə Livandakı ümumi vəziyyət müzakirə edilib.

Telefon danışığı zamanı Mikati bildirib ki, İsrailin beynəlxalq hüququ pozmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsi vacibdir.

Mikati Livanı regional müharibəyə cəlb etmək səylərinin təhlükəsi barədə xəbərdarlıq edib: “Bölgədə münaqişə dairəsinin və zorakılıq sahəsinin genişlənməsi xüsusilə Livan və qonşu ölkələr üçün ağrılı nəticələr verəcək”.

Qətərin baş naziri və xarici işlər naziri Əl Tani də telefon danışığında vurğuladılar ki, İsrailin beynəlxalq hüququn pozulmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsi vacibdir.

Yanvarın 2-də Beyrutda “Hizbullahın qalası” sayılan “Dahiye”yə İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində Həmas-ın Siyasi Büro rəhbərinin müavini Salih əl-Aruri və onunla birlikdə olan 6 nəfər öüldürülüb.

Oktyabrın 8-dən İsraillə qarşıdurmada olan “Hizbullah” İsrailin Aruriyə qarşı sui-qəsd hücumunun cavabsız qalmayacağı ilə hədələyib.

Gununsesi.info