Rusiya “Quran” kitabına edilən hücumu qınadı

  • By arzu
  • 26 İyul 2023 17:55

Rusiya Danimarkada “Quran” kitabına edilən hücumu qınayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu  arədə Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova açıqlama verib.

Zaxarova bu cür davranışı şiddətlə qınadıqlarını bildirib.

Keçirdiyi mətbuat toplantısında Danimarkadakı “Quran”a yönəlik hücumun nadir olmadığını deyən Zaxarova daha sonra bunlarıı söyləyib:

“İndi Avropa paytaxtlarında cəzasız qalacaqlarını hiss edən dini radikalların necə biriləri olduğunu müşahidə edirik. Çılğın bir inadla “Quran” ilə zarafatlaşacaq şəkildə, İslama qarşı insanı üsyan etdirəcək cinaəytlər işlənir”.

Zaxarova insanların duyğularını ələ salmanın ifadə azadlığı və demokratiya ilə bir əlaqəsinin olmadığına diqqət çəkib.

Xatırladaq ki, müsəlmanların müqəddəs kitabı olan “Quran” İsveçin paytaxtı Stokholmda və Danimarkanın paytaxtı Kopenhagendə hücumlara məruz qalmışdı.

 

Tərcümə: Arzu

Gununsesi.info