İranda 5,2 bal gücündə zəlzələ oldu

İranda 5,2 bal gücündə zəlzələ oldu

İranda növbəti dəfə zəlzələ baş verib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə 13:11) qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

 

 

Gununsesi.org

COMMENTS