İtaliyada son bir gün ərzində daha 195 nəfər koronavirusdan ölüb.
Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bununla da ölkədə pandemiya qurbanlarının sayı 31 106-ya çatıb.
Məlumata görə, İtaliyada daha 888 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 222 104-ə yüksəlib.
Bundan başqa, ölkədə indiyədək 112 541 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.
Gununsesi.org
COMMENTS