İranda zəlzələ oldu, xəsarət alanlar var

İranda zəlzələ oldu, xəsarət alanlar var

İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 16-ya çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Təcili Yardım Xidməti məlumat yayıb.

“Bir nəfərə yerindəcə tibbi yardım göstərilib, daha 15 nəfər tibb mərkəzlərinə göndərilib”, – deyə tibbi yardımın saytında bildirilir. Xidmət qeyd edib ki, bütün xəsarət alanlar zəlzələ zamanı qorxub qaçarkən xəsarət alıblar.

Qeyd edək ki, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə 13:11) qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

 

Gununsesi.org

COMMENTS