Gürcüstanın ən məşhur idmançılarından biri olan Nikoloz Basilaşvili saxlanılıb.
Gununsesi.org “Sportall.ge”-a istinadən xəbər verir ki, tanınmış tennisçi keçmiş həyat yoldaşına qarşı fizki güc tətbiq etməkdə ittiham olunur.
N.Basilaşvili mayın 22-də saxlanılıb.
Yayılan məlumatlara əsasən, N.Basilaşvili və atası mayın 21-də tennisçinin keçmiş həyat yoldaşına zor tətbiq ediblər. İdmançının azyaşlı uşağı hadisənin şahidi olub.
Müstəntiq onun həbs olunmasını tələb edib.
Hazırda Tbilisi Şəhər Məhkəməsində tennisçi ilə bağlı işə baxılır.
Gununsesi.org
COMMENTS