Britaniyalı yazar “Harri Potter”i harada yaratdığını göstərdi- FOTO

Britaniyalı yazar “Harri Potter”i harada yaratdığını göstərdi

Britaniyalı yazar Coan Roulinq “Harri Potter” kitab seriyasını harada yaratdığını açıqlayıb.

Gununsesi.org xəbər verir ki, məşhur yazıçı bunu “Twitter” hesabında bildirib.

“Əgər siz “doğum yeri”ni mənim ilk dəfə qələmlə vərəqə toxunduğum yer kimi qəbul edirsinizsə, bura “Harri Potter”in əsl doğum yeridir”, – Londonda yerləşən bir evin fotosunu paylaşan C.Roulinq bildirib.

Onun sözlərinə görə, məşhur hekayənin ilk sətirləri buradakı kirayə mənzildə yazılıb.

Gununsesi.org

COMMENTS