Sabiq fransalı futbolçu qəzada öldü

Sabiq fransalı futbolçu qəzada öldü

Fransanın “Oser” klubunun keçmiş futbolçusu Fabris Lepol vəfat edib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Oser”in mətbuat xidməti məlumat yayıb. Lepol, mayın 22-də, avtomobil qəzasında ölüb.

Mərhum futbolçu 1993-1998 və 2000-2002-ci illər aralığında “Oser”də forma geyinib. O, 1995/96 mövsümündə Fransa çempionu olub.

 

 

Gununsesi.org

COMMENTS