İranda məktəblər açılıb

İranda məktəblər açılıb

Bu gündən İranda məktəblərdə tədris bərpa olunub.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, məktəblərdə tədris bir ay müddətinə davam edəcək. XII sinif şagirdləri isə may ayının 30-dək dərslərdə iştirak edə bilərlər.

Bildirilib ki, şagirdlərin tədris prosesində iştirakı sərbəstdir.  

Qeyd olunub ki, tədris prosesində müəllim və şagirdlər tibbi maska taxmalı, sosial məsafəni gözləməlidirlər.

Gununsesi.org

COMMENTS