Türkiyədə koronavirusdan daha 50 vəfat etdi

Türkiyədə koronavirusdan daha 50 vəfat etdi

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 50 nəfər ölüb.

Gununsesi.org-un xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35605  şübhəli koronavirus testindən keçib, onlardan 1546-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3739 nəfər ölüb, 137115 nəfər bu infeksiyaya yoluxub, 89480 nəfəri isə müalicə olunub.

Bu gün 3084 xəstə evə buraxılıb.

 

 

Gununsesi.org

COMMENTS