Rusiyada terror aktının qarşısı alındı- VİDEO

Rusiyada terror aktının qarşısı alındı

Gununsesi.org xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Bürosu Tver vilayətinin Kimrı şəhərində terror aktının qarşısını alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hökumət binalarını yandırmaq planı quran, asayiş keşikçilərinə və dövlət qulluqçularına silahlı basqınlar hazırlamaqda şübhəli bilinən 19 yaşlı gənc saxlanılıb.
Saxlanılan şəxsdən silahlar, kustar yolla hazırlanmış bomba, “Molotov kokteylləri” və soyuq silahlar müsadirə edilib. O, hücum planı barədə özünün gündəliyində qeydlər aparıb.
Faktla bağlı qarşı cinayət işi açılıb.

Gununsesi.org

COMMENTS