Reytinq turniri: Azərbaycan güləşçisi bürünc medal qazanıb

  • By ilhame
  • 06 İyun 2024 20:21

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Gununsesi.info xəbər verir ki, üçüncü yer uğrunda görüşdə meksikalı Austin Qomeslə üz-üzə gələn idmançımız rəqibinə qalib gələrək (12:3) bürünc medal qazanıb.

 

Digər təmsilçimiz Əliabbas Rzazadə (57 kq) yarımfinal mərhələsində məğlub olaraq üçüncü yer uğrunda görüşə çıxmağa haqq qazansa da, zədələnərək turnirlə vidalaşıb.

 

Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.

Gununsesi.info