Məşğulluq Agentliyinin  vakansiya bankına yanlış məlumat yerləşdirirlər - AZAY QULİYEV

  • By admin
  • 07 İyun 2024 14:29

Deputat Azay Quliyev  Milli Məclisin bugün keçirilən plenar iclasında  vakansiya ilə bağlı yanlış məlumat verən qurumları tənqid edib.

Gununsesi.info-nun  xəbərinə görə, “Məşğulluq haqında” qanun layihəsinin müzakirəsi zamanı   çıxışında deputat bildirib ki, idarə, müəssisə və təşkilatlar boş vakant iş yerləri barəsində Məşğulluq Agentliyinin  vakansiya bankına yanlış məlumat yerləşdirirlər: “Bundan başqa bəzi  işəgötürən qurumlar  tərəfindən iş axtaranlara süni maneələr yaradılır və onlar süründürməçiliyə məruz qalırlar. Beləliklə, vətəndaşların işlə təmin olunması istiqamətində dövlətin yaratdığı mexanizm və alətlərin tam gücü ilə işləməsinə problem yaradılır”.

Azay Quliyev  bu məsələnin  ciddi araşdırmalı olduğunu deyib: “Vakansiya ilə bağlı yanlış məlumat verən və ya iş axtaranları incidən müəssisə, təşkilat və idarələrə qarşı cərimə sanksiyası tətbiq edilməlidir”.

Günay Mahirqızı

Gununsesi.info