Renat “Hatayspor”dan ayrıldı

Azərbaycan millisinin və “Hatayspor”un futbolçusu Renat Dadaşov klubundan ayrılıb.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu haqda futbolçu sosial şəbəkə hesabında yazıb.

“Hər şey üçün təşəkkür edirəm, HATAY”, – paylaşımda qeyd edib.