Deputatlar dekriminallaşdırmanı birinci oxunuşda dəstəklədilər

Deputatlar dekriminallaşdırmanı birinci oxunuşda dəstəklədilər

Milli Məclisin iclasında Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik layihələri müzakirə olunur. 

Gununsesi.org-un məlumatına görə, layihədə 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. 

Həmçinin, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.

Üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur.

30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar – cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması daxil edilir. 

60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Bəzi cinayətlərə görə isə inzibati məsuliyyətlər nəzərdə tutulur. 

Məsələn, hərbi xidmət əleyhinə olan cinayətlərə görə müəyyən edilən cəzalar yüngülləşdirilir.

Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edilir. 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə hərbi xidmət əleyhinə olan inzibati xətalar adlı fəsilin əlavə olunması təklif olunur.

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Gununsesi.org

COMMENTS