Anam dedi ki, koronavirus olduğunu kimsə bilməsin, yoxsa səni alan olmaz.
Gununsesi.org Milli.Az-a istinadla xəbər verir ki, bu sözləri koronavirusdan sağalan 28 yaşlı Melek Yıldırım ( Mələk İldırım ) söyləyib.
O, mart ayının 4-dən 9-na kimi Parisdə qaldığı günlərdə koronavirusa yoluxub. Mələk Türkiyəyə qayıtdıqdan sonra xəstəliyin əlamətləri özünü göstərib.
14 gün müddətinə karantinə alınan Melek Yıldırım bu müddət ərzində başına gələnləri mətbuata açıqlayıb:
“Türkiyəyə qayıtdıqdan 5 gün sonra, yəni martın 15-də halım pisləşdi. Məndə öskürək yox idi, amma bütün bədənim ağrımağa başladı və qızdırmam qalxdı. Mart ayının 16-da, ad günümdə xəstəxanaya yatırıldım.
Bir gün sonra koronavirus test nəticəm (+) çıxdı. Türkiyəyə qayıtdıqdan sonra 8 nəfərlə təmasda olmuşdum ki, onlardan 6-sını da bu xəstəliyə yoluxdurmuşdum. 2 nəfərin test nəticəsi mənfi çıxmışdı.
Karantində olduğum müddətdə atama zəng elədim, “evə gəlmə” dedi. Anam isə danışanda dedi ki, koronavirus olduğumu tanışlar bilməsin, yoxsa evdə qalacam ( gülür ).
O bildirib ki, koronavirusu hər insan bir cür keçirir. Şəxsən məndə qətiyyən öskürək olmadı. Ona görə də məsələni ciddi qəbul etmək lazımdır”.
COMMENTS