Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və keçmiş sədri Mətanət Nəsibova polis nəzarətinə buraxılıblar.
Gununsesi.org xəbər verir ki, bu barədə qərarı istintaq orqanı verib. Ancaq Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranov həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Baxmayaraq ki, Sahib Abışovun yaşanan hadisədə məsuliyyəti yoxdur. Onun səhhətindəki problemlər və 60 yaşında olması nəzərə alınmayıb.
Qeyd edək ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilib.
COMMENTS