
“Ukrayna Silahlı Qüvvələri (AFU) Xarkov vilayətinin şimalında rus qoşunlarının hücumu ilə bağlı vəziyyəti stabilləşdirə bilib”.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri regionun şimalında rus qoşunlarının irəliləyişini dayandıra bilib.
O, əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın yalnız on kilometr dərinliyinə qədər irəliləyib:
“Bu gün üçün əsas odur ki, Müdafiə Qüvvələrimiz vəziyyəti sabitləşdirib. Bu gün Müdafiə Qüvvələrimiz rusları indi olduğu yerdə sabitləşdirib. Onların irəliləməsinin ən dərin nöqtəsi on kilometrdir. Bəzi briqadaların istiqamətlərində düşmənin ümumiyyətlə irəliləyişi yoxdur və olmayıb” .
Prezident iddia edir ki, hazırda Xarkov vilayətində çox güclü briqadalar fəaliyyət göstərir və oradakı bəzi ərazilər ayrıca batalyonlarla gücləndirilib.
Zelenski həmçinin bildirib ki, rus qoşunları konkret müdafiə xəttinə çatmayıb və dünya mediasının bu barədə yazdıqları cəfəngiyyatdır:
“Ruslar yalnız Ukrayna müdafiəsinin birinci xəttinə çatıblar. Birinci xətt sərhəd deyil, orada tikinti aparmaq mümkün deyil, çünki bizimkilər rusların istifadə etdiyi müvafiq silahlara görə həlak olub. İndi təxminən oradadırlar. Bu, müharibədə, davamlı atəş altında, hərbçilərimiz tərəfindən qurulan birinci xəttdir”.
O əlavə edib ki, onun məlumatına görə, Rusiya Federasiyasının Xarkov vilayətində əsas məqsədi Volçansk şəhəri və sərhəd boyu on kilometrlik zonanın ələ keçirilməsidir.
İlhamə
Gununsesi.info