
İranin Ali Dini Lideri Ayətullah Xameneyi İsveçdə “Quran” kitabına qarşı sərgilənən davranışlarla bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İranın din alimi İsveçi İslam dünyasına qarşı “döyüşçü mövqeyi” yanaşmasında qınayıb.
Onun fikrincə, İsveç bu cür davranışlara icazə verməklə İslam dünyasına qarşı yanlış yanaşma sərgiləyib.
Xameneyi bu cür olayları “təhlükəli hadisələr”, “sui-qəsdə əsaslanan” adlandırıb.
Xameneyi İsveçi cinayətkarları İslam ölkələrinin məhkəmələrinə təslim etməyə səsləyib.
“Bütün İslam alimləri “Quran”a yönəlik hücumlara cürət edənə ən ağır cəzanın verilməsi ilə bağlı həmfikirdir”, – deyə vurğulayıb.
Xatırladaq ki, 20 iyulda İsveçin paytaxtı Stokholmda polis nəzarəti altında 36 yaşlı Momika “Quran” kitabının vərəqlərini cıraraq ayaqlarının altında tapdalamışdı.