
İrandan Danimarkaya qaçan Firuzeh Bazrafkan adlı qadın paytaxt Kopenhagendəki İran səfirliyinin qarşısında köynəyində “Qadınlara azadlıq” yazılmış Quranı cırıb, sonra isə rəndələyib.
Gununsesi.info xəbər verir ki, Avropada, xüsusilə Danimarka və İsveçdə Qurani-Kərimə qarşı nifrət hücumları artıb. Bunun son nümunəsi paytaxt Kopenhagendə baş verib.
İranda molla rejimindən qaçaraq Danimarkada məskunlaşan və qadın hüquqlarının müdafiəçisi olan Firuzeh Bazrafkan səsini daha çox eşitmək üçün üzərində üzərində “Qadınlara azadlıq” yazılmış köynəyi ilə Quranı cırıb.
Ötən günlərdə iranlı bir qadın Quranı hədəfə alaraq yandırıb.
İranın Kopenhagendəki səfirliyinin qarşısına gələn Bəzrəfkan əli ilə cırdığı Quran səhifələrini xırdalayıb.
Həmin anları YouTube hesabında paylaşan iranlı qadının hərəkətinə heç kimin qarışmaması diqqətçəkən olub.