Binəqədi Məhkəməsinin hakimindən ağlasığmaz sözlər

  • By admin
  • 06 Aprel 2023 00:55

“Bu gün Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmrəliyev vəkil Zibeyda Sadigova ya deyib ki, siz bu ölkəni sevmirsiniz, ona görə İlkin Süleymanovun qanunsuz tutulması, müdafiə hüququnun pozulması ilə bağlı məsələləri qabardırsınız”.

Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış Elçin Sadıqov özünün sosial şəbəkə hesabında yazıb.

HTML tutorial

Qeyd edək ki, kimin adını çəkdiyi şəxs deputat Fazil Mustafaya qarşı sui-qəsd cinayətinə görə həbs olunsa da sonradan prokurorluq onun günahsız olduğu qənaətinə gəlib.

Elçin Sadıqov daha sonra qeydlərində yazır: “Bu adamın kürəkəni mənim evimdə, ofisimdə, avtoçobilimdə və.s yerlərdə axtarış və götürmə aparılması barədə qərar qəbul etmişdi və qərarda ümumiyyətlə, mənim vəkil olduğum və axtarış götürmənin qadağan olunduğu, axtarış və götürmənin qanuni məqsədinin olmadığını yazmamışdı. Hələ utanmadan mənim həbsim barədə də qərar vermişdi. Bunlara görə işgəncəyə, müdafiə hüququnu pozanlara göz yummaq, sifarişlə qərar çıxarmaq vətəni, dövləti sevməkdir. Dövlətdə insan hüquqları deyil qoçuluq hökm sürməlidir.

Əyninə mantiya geyinən belələri işgəncə verənlərdən, müdafiə hüququnu pozanlardan daha təhlükəlidir”.

Afət Abbasova

Gununsesi.info

 

ABŞ Gürcüstanın Ali Məhkəmə sədrinə və bir neçə hakimə sanksiya tətbiq edib