Kəlbəcər köçkünlərindən Xocalının polis rəisinə ittiham

  • By admin
  • 03 Aprel 2023 13:47

Goranboy Rayonunun Meşəli kəndində məskunlaşan bir qrup Kəlbəcər köçkünü  Xocalının polis rəisi Zur Nəbiyevdən şikayətçidir.

Bu barədə Gununsesi.info-ya müraciət edən kəlbəcərlilər bildirir ki, polis rəisi Xocalı polisinin mühafizəsi altında olan ərazidəki mal-qara oğurluqlarını  ört-basdır edir.

HTML tutorial

Arif Əhmədov, Şamil Abdullayev, Ceyhun Kərimov, Zemfira Kərimova, İlqar Məhərrəmov və başqa şikayətçilər bildirir ki, müxtəlif dövrlərdə 80 başa məxsus iri buynuzlu heyvan, 20-yə yaxın atları oğurlanıb.

Sakinlər iddia edir ki, polisə oğruların kim olmasına dair ip ucu verilsə də amma iş açılmır: “İndi bir nəfər tutublar. Bütün oğurluqları onun üstünə atmaqla, bu cinayətləri bağlamaq istəyirlər.  Biz sizin media vasitəsi ilə Daxili İşlər Nazirliyinin rəhbərliyindən bu şikayətləri araşdırmağı xahiş edirik. Biz cənab nazirdən xahiş edirik ki, Zaur Nəbiyevin bu işi asanlıqla bağlamasına yol verməsin”.

Mais

Gununsesi.info