Ali Məhkəmə hakimi elə bir vəzifədir ki, mütləq hakimlik təcrübəsi olmalıdır - VƏKİL ELÇİN SADIQOV

  • By admin
  • 05 Aprel 2023 11:16

Kənd təsərrüfatı naziri İnam Kərimovun gözlənilmədən Ali Məhkəmə sədri təyinatı birmənalı qarşılanmayıb.

Buna səbəb isə qanunvericiliklə onun yuxarı instansiya məhkəməsinə təyinatına olan qadağadır.

HTML tutorial

Tanınmış vəkil Elçin Sadıqov Gununsesi.info-ya bildirib ki,  İnam Kərimovun Qərb təhsilli hüquqşünas olması,  hüquq sahəsində müəyyən təcrübəsi olmasına baxmayaraq, onun məhkəmə praktikası  yoxdur: “Ali Məhkəmə hakimi elə bir vəzifədir ki, mütləq hakimlik təcrübəsi olmalıdır. Bununla belə hesab edirəm ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin mövcud reallıqları imkan vermir ki, yeni sədrdən hansısa müsbət gözləntilər olsun”.

 

Elmar Elnuroğlu

Gununsesi.info