
Sosial şəbəkələrdə Azərbaycanda Rusiya ordusunda xidmət keçməyə səsləyən reklamların paylanılması barədə iddialar yayılıb.
Gununsesi.info xəbər verir ki, reklam fleyerlərində Rusiya ordusunun sıralarına qoşulmaq istəyənlər üçün həvəsləndirici şərtlər irəli sürülüb. Belə ki, vətəndaşlara yüksək sosial təminat müqabilində həmin ölkənin ordusuna qoşulmaq təklif edilir.
Digər iddiaya əsasən isə sözügedən broşürlər Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə paylanılır.
Məsələ ilə bağlı DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev “Qafqazinfo”nun sorğusunu cavablandırıb. O bildirib ki, DİN məsələdən məlumatlıdır və araşdırma aparılır.
Şəbnəm
Gununsesi.info