Nigeriyada qarşıdurma: 54 nəfər öldürüldü

  • By arzu
  • 20 Aprel 2023 23:58

Nigeriya ordusu ölkədəki “Boko Haram” təşkilatına qarşı əməliyyat keçirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 54 terrorçunun öldürüldüyü hərbi əməliyyat zamanı 400-dən çox adam terrorçuların əlindən xilas edilib.

HTML tutorial

Nigeriya ordusunun əməliyyatlarında 501 terrorçu təslim olub. Əməliyyatlar zamanı terrorçulara aid texnika və sığınacaqlar məhv edilib.

Bölgədə gərginlik davam edir.

Xatırladaq ki, 20 illik Boko Haram təşkilatının gerçəkləşdirdiyi kütləvi terror aksiyaları zamanı 20 mindən çox insan həyatını itirib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info