
İnquş Qurtuluş Ordusunun yaradılışı elan edilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın nəzarəti altındakı İnquşetiyanın müstəqilləşməsi üçün “İnquş Qurtuluş Ordusu” yaradılıb.
Qafqazda yerləşəm və Rusiyanın hakimiyyəti altındakı İnquşetiyanın işğaldan təmizlənməsini müdafiə edən İnquş Müstəqillik Komitəsi ordunun yaranışı ilə bağlı qərarı elan edib. Komitə fəalları verdikləri bu qərarlarını Rusiyanın dağılma ehtimalına əsaslandırıblar.
Komitənin bəyanında bunlar ifadə edilib:
” Uca Allahın xalqımıza bəxş etmiş olduğu taleyini bəlli etmə və özünü qoruma haqqına uyğun olaraq, İnquş Qurtuluş Ordusunun (Ğalğay Kortamuqalen Eskar) qurulmasına qərar verildi. Bu qərar rus imperatorluğunun yüz illərlə sürən və içində bir çox qətliamı daşıyan işğal müddətinin nəticəsi olaraq İnquş xalqının məruz qaldığı vahiməli nəticələrlə əlaqədar alınıb. Bu gərgin qərar rus elitləri ilə cinayətkar Kremlin rejimi tərəfindən quruluan hər çeşid mafiotik quruluş arasında toqquşması qaçınılmaz olan Rusiya Federasiyasının çöküşünə hazırlanma ehtiyacından qaynaqlanmaqdadır. Həmçinin, qərar inquş ölkəsinin torpaq bütövlüyünün yenidən təmin edilməsini və sərhədlərini rus peyklərinin ehtimal təcavüzlərindən qorumağı hədəfləyir.
İnquşetiyanın müstəqillik tərəfdarları Moskvanın ata biləcəyi addımlara qarşı xalqı xəbərdar edib.
“Rusiyadakı hazırkı hökumətin daha öncə dəfələrlə etdiyi kimi, xalqımızı qandırmaq və onu yeni macəralara sürükləmək ehtimalını göz ardı etmirik”.
Ordunun yaradılış elanında daha sonra bunlar yazılır:
“Rusiya anlaşmalara əməl etmədiyini dəfələrlə göstərdiyi üçün buna icazə vermərik. Keçmişdəki hər bir müzakirə cəhdi xalqımıza qərradlıq və soyqırım yaşamaq olaraq qaytarılıb. İnquş xalqı hər hansısa bir təhdid qarşısında haqlarını və mənfəətlərini qoruma haqqına sahibdir. İnquş Qurtuluş Orusunun qurulması bu hədəfə çatma yollarından biridir”.
Açıqlamanın sonunda Onquş Komitəsi fəalları alınan bu qərarın uğurlu olmasına ümid etdiklərini dilə gətiriblər:
Bu mübarək Ramazan ayında uca Allahdan bu çətin vəzifədə bizlərə yardım etməsini diləyirik. Allah bizə haqqı haq, batili batil olaraq göstərsin. Bizi bu yolda sabit qılsın. Düşmənlərimizə qarşı zəfər nəsib etsin”.
İnquş Qurtuluş Ordusunun bayrağı da açıqlanıb: Ağ və yaşılı xətlərlə ortasında ərəbcə yazılmış rənglər və sözlərlə izah edilib.
Tərcümə: Arzu Sayadoğlu