
Fövqəladə Hallar Nazirliyi Xəzər rayonunda sexdə baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 240 m² olan sexin sahəsi 44 m² olan otaqlardan birinin dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
09:14
Bakıda sexdə yanğın olub.
Gununsesi.info xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verib.
Hadisə nəticəsində 2 nəfər sexin içərisində yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.
Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.
Gununsesi.info