
“Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Bu münasibətdə israrlı olan fürsətçilər öz gizli niyyətləri və ikiüzlülükləri ilə yadda qalacaqlar. Türk xalqına tarix dərsi vermək heç kəsin həddi üçün deyil”, – o deyib.
Gununsesi.info xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə, 1915-ci il hadisələri ilə bağlı reallığa və beynəlxalq hüquqa uyğun gəlməyən təəssüf doğuran açıqlamalar tarixin siyasi motivlərlə yenidən yazılması istiqamətində əbəs cəhdlər olduğu vurğulanıb: “Heç kim unutmamalıdır ki, 1915-ci il hadisələri siyasətçilərin öz gündəmlərinə görə müəyyən edilə bilməz. Belə yanaşma yalnız tarixin saxtalaşdırılmasına gətirib çıxara bilər.
Bu qərəzli mövqeyi saxlamaqda israrlı olanlar tarixdə ucuz siyasi fürsətcil kimi yadda qalacaqlar. Bizim üçün etibarsız olan bu bəyanatları rədd edir və israr edənləri qınayırıq”.
Açıqlamada heç kim və heç bir təşkilatın Türkiyəyə öz tarixindən dərs keçə bilməməsi əsaslı şəkildə qeyd olunub: “Dar düşüncəli siyasi məqsədlərə xidmət edən və tarixdən düşmənçilik çıxarmağa çalışan bu dairələri bu ağır səhvləri düzəltməyə çağırırıq”.
Şəbnəm
Gununsesi.info