
Hindistanda qeydlərə düşəcək qeyri-adi ölüm hadisəsi olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Racastana bölgəsində hərəkətdə olan qatar dəmir yolu üzərindəki inəyə çırpılıb.
Bu zaman həmin inəyin parçaları 30 metr uzaqda yerə tualet işini edən Şivdayal Şarma adlı adamın üzərinə düşüb.
Olay sabah saatlarında yaşanıb və Şarma həyatını itirib.
Qatarın bərk çırpılmasının təsirindən inək parçalara ayrılıb. Onlardan biri isə Şarmanın üzərinə düşüb.
Adam olay yerində vəfat edib.
Tərcümə: Arzu Sayadoğlu