Moskvadakı Qələbə paradına təkcə bu prezident gedəcək

Moskvada Qələbə Gününə təsadüf edən bayram tədbirlərində iştirak edəcək yeganə xarici lider Qırğızıstan prezidenti Sadır Japarov olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Vedomosti”yə diplomatik mənbə və Prezident Administrasiyasına yaxın həmsöhbət bildirib.

HTML tutorial

Sadır Japarov martın 31-də hökumətdə beynəlxalq əlaqələr üzrə baş nazir müavini Aleksey Overçukdan Rusiyaya səfərə dəvət alıb.

Qırğızıstan prezidenti ilə görüşdə o vurğulayıb: “8-9 may tarixlərində sizin rəsmi səfərinizi gözləyirik. Bu səfərin ən mühüm ümumi bayramımızın – Qələbə Gününün qeyd olunması ilə üst-üstə düşməsi xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, biz Qırğızıstanın bu qələbəyə və Moskvanın müdafiəsinə verdiyi töhfəni həmişə xatırlayırıq, bu bizim üçün müqəddəsdir”.

Bildirilib ki, Qırğızıstan prezidentinin səfəri zamanı təkcə təntənəli tədbirlər deyil, həm də yüksək səviyyəli danışıqlar gözlənilir. Rusiya prezidenti Vladimir Putin və Sadır Japarov sonuncu dəfə 2022-ci ilin dekabrında görüşüb.

2022-ci ildə Vladimir Putin heç bir xarici dövlət başçısını Qələbə Günü münasibətilə Moskvaya dəvət etməyib. Kremlin sözçüsü Dmitri Peskov izah edib ki, “bu, yubiley tarixi deyil”. Xarici liderlər arasında 2021-ci ildə Moskvada keçirilən parada yalnız Tacikistan prezidenti Emomali Rahmon gəlib.

Qeyd edək ki, aprelin 3-də Qırmızı Meydanda Qələbə paradına hazırlıq başlayıb.

 

 

 

Şəbnəm

Gununsesi.info