Göygöldə minik maşını divara çırpılıb, xəsarət alan var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

HTML tutorial

Hərəkətdə olan minik maşını yoldan çıxaraq hasara çırpılıb. Qəza zamanı minik maşındakı sərnişin 1963-cü il təvəllüdlü Sahilə Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info