Gədəbəydə etirazlar yenidən başlayıb

Gədəbəyin Söyüdlü kəndində kənd sakinlərinin növbəti etirazı başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, ekoloji fəlakətə etiraz edən sakinlər müxtəlif şüarlar yazılmış plakatlarla yolu bağlayıb.
Polis qüvvələri ilə sakinlər arasında qarşıdurma yaranıb. Ancaq dünənkindən fərqli olaraq bu dəfə polisin sakinlərə qarşı daha mülayim davrandığı görünür.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov da əraziyə gəlib. Bununla belə, o gölün zəhərlənməsi
barədə iddiaları rədd edib.
İcra başçısı deyib ki, əgər göldə zəhərli su olsaydi, 78 yaşlı qadının səsi onun səsindən uca çıxmazdı.
Şəbnəm
Gununsesi.info