İsveçin XİN başçısı: Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsinin zamanı gəldi

  • By arzu
  • 21 İyun 2023 16:39

İsveçin Xarici İşlər Naziri Tobias Bilstrom ölkəsinin Ankara ilə edilən anlaşma çərçivəsində vəzifəsini yerinə yetirdiyini və Türkiyə Parlamentinin İsveçin NATO-ya üzvlük təklifini təsdiqləməsinin zamanı gəldiyini söyləyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, nazir onlardan gözləniləni yerinə yetirdiklərini bildirib.

HTML tutorial

Bilstrom İsveçin iyul ayında Litvada gerçəkləşdiriləcək NATO toplantısından öncə hərbi təşkilata üzv olacağı ilə bağlı ümidli olduğunu deyib.

İsveç rəsmisi hansısa “B” planlarının” olmadığını açıqlayıb.

 

Arzu

Gununsesi.info