AŞ PA həmməruzəçiləri siyasi məhbuslarla görüşə buraxılmayıb

  • By admin
  • 15 İyun 2023 01:04

Bir neçə gün  əvvəl Azərbaycanda səfər olan Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin  Bakıda siyasi məhbuslarla görüş istəyinə yox deyilib. 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə AŞ PA  həmməruzəçiləri-  Yan Liddell-Qreyncer və Liz Kristoffersen səfərin yekunu ilə bağlı bəyanatlarında bildirib.

HTML tutorial

Həmməruzəçilər bildirib ki, Vəkillər Kollegiyasının, vətəndaş cəmiyyəti və müxalif siyasi partiyaların nümayəndələri və siyasi məhbusların yaxınları ilə görüşlər keçiriblər: “Ancaq siyasi motivlərlə həbs edildiyi iddia edilən bir neçə məhbusa baş çəkmək üçün müraciət edilsə də görüşə icazə verilməyib”.

Günel

GUNUNSESİ.İNFO