
İspaniyada “milli mədəni dəyər” olaraq tanınan və 150 festivaldan biri olan “El Colacho” küçələrdə yerlərə sərilən yataqların üzərinə qoyulan körpə uşaqların xəstəlikdən və pisliklərdən qorunduğu inanışı ilə keçirilir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, körpə uşaqların üzərindən atlanaraq keçirilən bu festival maraqlı rənglərlə ölkəninn bir neçə şəhərindən olan iştirakçını bir araya gətirir.
Ayrı-ayrı rənglərdə kostyum və paltarlar geyinən adamlar şeytan cildində küçələrdə gəzişirlər.
Davul çalanlar, qaçışçılar və digər qruplar izləyicilərə maraqlı anlar yaşadırlar.
1621-ci ildən bəri bu festival bir ənənə olaraq keçirilir.
Tərcümə: Arzu