
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbulda vəfat edən atası Qurban Mənsimovun cənazəsi Bakıya gətirilib.
Gununsesi.info-nun xəbərinə görə, hava limanında mərhumun cənazəsini Azərbaycanın tanınmış şəxsləri, şəhid ailələri, dostları qarşılayıb.
Mərhumun Bakıdakı evində cənazə namazı qılındıqdan sonra Bakının Keşlə məzarlığında torpağa tapşırılıb. Dəfn mərasimində də şəhid ailələri, ziyalılar, sənət adamları iştirak edib.
Şəbnəm
Gununsesi.info