
Amerika və Çin arasında siyasi gərginlik yenidən alovlanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, Çin Prezidenti Şi Cinpinqə “diktator” deməsi rəsmi Pekinin narazılığına səbəb olub.
Bayden daha sonra bunları deyib:
“Cinpinqin iki yük dolusu casus cihazı olan balonu vurduğumda, çox üzülməsinin səbəbi balonun orada olmasını bilməməsi idi. Bu, diktatorlar üçün bir utanc qaynağıdır”.
Baydenin çıxışı Xarici İşlər Naziri Antoni Blinkenin Çinlə ikitərəfli əlaqələri sabitləşdirmək üçün Pekin səfərindən sonra səsləndirilib.
Çin isə “diktator” açıqlamasını “siyasi provakasiya” adlandırıb.
Rəsmi pekin Baydenin açıqlamasını narazılıqla qarşılayıb.
Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Mao Ninq Ağ Ev rəhbərinin sözlərini “cəfəng və məsuliyyətsiz” adlandırıb.
Arzu