
Telegram HƏMAS-ın nəşrlərini və kanallarını silməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə messencerin yaradıcısı Pavel Durov bildirib.
Onun sözlərinə görə, bu cür məlumatlar insanların həyatını xilas etmək üçün faydalı ola bilər.
“Həmas Telegram-dan Aşkelondakı mülki əhalini raket hücumlarından əvvəl bölgəni tərk etmələri barədə xəbərdar etmək üçün istifadə edib”. Bu məlumat mənbəyini məhv etmək bizim üçün asan olsa da, bununla biz onsuz da dəhşətli vəziyyəti daha da gərginləşdirmək riskini almış oluruq.”
Durov əlavə edib ki, digər platformalardan fərqli olaraq Telegram alqoritmlərdən istifadə edərək şok məzmunu təbliğ etmir. İstifadəçilər yalnız özlərinin abunə olduqlarını görürlər. Onun fikrincə, bu baxımdan messencerdən aqressiv təbliğat üçün istifadə oluna bilməz.
Qeyd edək ki, Amerikanın Meta şirkəti HƏMAS-ın Facebook və Instagram sosial şəbəkələrində yerləşdirdiyi yazıları təmizləyəcəyini bildirib. Bundan əlavə, qrupa dəstək verən nəşrlər də silinəcək.
Tərcümə
Şəbnəm
Gununsesi.info