Məşhur rejissor və aktrisa həyat yoldaşı bıçaqlanaraq öldürüldü – FOTO

İranlı rejissor Dariuş Mehrcui və həyat yoldaşı, aktrisa Vahideh Məhəmmədifar ölü tapılıb. Mehrcui və həyat yoldaşı Məhəmmədifərin boyun nahiyəsində bıçaq xəsarətləri aşkar edilib.

Gununsesi.info  xəbər verir ki, İran Xəbər Agentliyinin (İRNA) məlumatına görə, polis iranlı rejissor Dariuş Mehrcui və aktrisa həyat yoldaşı Vahideh Məhəmmədifarın yaşadığı ünvana gedərək ər-arvadın işgəncəyə məruz qalmış cəsədləri ilə qarşılaşıb. Polis məşhur cütlüyün boyun nahiyəsində bıçaq xəsarətləri aşkarlayıb. İran polisi bildirib ki, qətli törədən və ya edənlər hələlik məlum deyil.

“Qətlin səbəbi hələlik məlum deyil. Sübutlar göstərir ki, bu qətl boyun və bədən nahiyələrinə soyuq silahla vurulan xəsarətlər nəticəsində törədilib”, – deyə polis rəsmiləri bildiriblər.

Səid Əhmədli
Gununsesi.info