Avropa İttifaqı Ermənistanın Roma Statutunu ratifikasiyası haqqında: “Dünya Kremldəki avtokrata daha da yaxınlaşır” – FOTO

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistan parlamentinin Roma Nizamnaməsinin ratifikasiyasını alqışlayıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə X platformasında paylaşım edib.

Avropa Komissiyasının sədri qeyd edib ki, Ermənistan parlamentinin qərarından sonra “dünya Kremldəki avtokrata daha da yaxınlaşır”.

“Mən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiya olunmasını alqışlayıram. Ermənistan qanunun aliliyinə sadiq olan 123 dövlətə qoşulub”, – o əlavə edib.

Xatırladaq ki, çərşənbə axşamı Ermənistan Milli Assambleyası Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.

Roma Statutunu ratifikasiya etmiş dövlətlər Vladimir Putin Rusiyanın Ukraynaya təcavüzü kontekstində Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order əsasında ölkəyə daxil olarsa, onu həbs etməyə borcludurlar.

Amma Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan əvvəllər aydınlıq gətirib: “Roma Statutunun ratifikasiyasından sonra Rusiya prezidenti Vladimir Putinin Ermənistana daxil olduqdan sonra həbsindən söhbət gedə bilməz, çünki indiki dövlət başçılarına toxunulmazlıq verilir”.

Bununla belə, Moskva əvvəllər İrəvanın Roma Əsasnaməsini ratifikasiya etmək niyyətini qeyri-dost addım adlandırıb və bu addımın “ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacağını” bəyan edib.