Ankarada kömür mədəni çökdü – 15 nəfər yaralandı

Ankaranın Beypazarı rayonunda kömür mədənində baş verən çökmə nəticəsində 15 mədən işçisi xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Hırkatəpə məhəlləsində özəl şirkətə məxsus kömür mədənində baş verib. Uçqun nəticəsində mədəndə işləyən 15 işçi xəsarət alıb. Mədəndən çıxarılan yaralı işçilər təcili yardımla Beypazarı və Ankaradakı xəstəxanalara aparılıb.

Ankara valiliyinin yaydığı açıqlamada bildirilib ki, kömür mədənində torpağın çökməsi nəticəsində yaranan hava təzyiqi nəticəsində təhlükəsiz zonada işləyən 15 mədən işçisi yüngül xəsarət alıb. Bildirilib ki, onlardan 3-ü xəstəxanada həkim nəzarəti altındadır.

651e881650acca67bc81c6ee

Səid Əhmədli
Gununsesi.info