Paşinyandan Putinə doğum günü sürprizi: Xaçkarı öpüb, bunu istəyəcək

  • By Günel
  • 13 Sentyabr 2024 09:18

Ermənistanın Müstəqil Dövlətlər Birliyinin oktyabrın 7-8-də keçiriləcək qeyri-rəsmi sammitində hansı səviyyədə təmsil olunacağı hələ açıqlanmayıb. Lakin hökumət dairələrində Baş nazir Nikol Paşinyanın şəxsən gedəcəyinə dair məlumatlar var.

Gununsesi.info Globalinfo.az – a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, sammitə baş nazirin qatılması razılaşdırılıb:

“Məsələ burasındadır ki, oktyabrın 7-si Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür. Hökumət nümayəndələri gözləyir ki, baş nazir Rusiya prezidentini təbrik edəcək və ondan hakimiyyət müddətinin uzadılmasını istəyəcək. Təhlükələrin aradan qalxması üçün o xaçkarı “öpərək” xahiş edə bilər. Çünki başqa çarəsi qalmayıb”.

Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın müstəqillik günündə – 21 sentyabrda İrəvana səfər edə bilər. Bu isə İrəvanı bir daha Qərb və Moskva arasında sıxışdırır.

Gununsesi.info