Ayşenur Ezgi Eyginin nəşi Bakıdan İstanbula yola salındı

  • By Günel
  • 13 Sentyabr 2024 10:14

İordan çayının qərb sahilindəki nümayişdə İsrail hücumu zamanı həlak olan Türkiyə- Amerika vətəndaşı Ayşenur Ezgi Eyginin nəşi Təl-Əvivdən Bakıya gətirilib.

Gununsesi.info bildirir ki, bu barədə “TRT Haber” xəbər verir.

Eyginin nəşini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı və səfirlik əməkdaşları təhvil alıblar.

Bakıda Türkiyə bayrağına bükülən Eyginin nəşi Türk Hava Yollarının təyyarəsi ilə Türkiyəyə yola salınıb.

Gununsesi.info