Bakıda bu yollarda sıxlıq var -SİYAHI

  • By Günel
  • 13 Sentyabr 2024 09:09

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.